Qasımova Jalənin nailiyyətiAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəz Xətai rayon Asudə Vaxt Mərkəzi tərəfindən keçirilən müsabiqədə 7 “B” sinif şagirdi Qasimova Jalə İlham qızı fəxri fərmanla təltif edilib.
9 “A” sinif şagirdi Eyubov Elvinin uğuru29 dekabr 2019-cu il tarixdə məktəbin 9 “A” sinif şagirdi Eyubov Elvin Bakı Şəhər Hövsan Olimpiya Kompleksi çempionatında Kamanda ox atma idman növü üzrə keçirilən Bakı klub birinciliyində II yer əldə edərək diplom və medalla təltif olunub.
Kərimov Əlinin uğuruDekabrın 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in, Təhsil Nazirliyinin birgə təşkilatçılığı və FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırma mərasimi keçirilib. Qaliblər arasında məktəbimizin şagirdi Kərimov Əli III yer əldə edərək Fəxri fərman və qiymətli əşya təltif olunub.