Yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıbBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub. Məktəbimizin 9-cu sinif şagirdi Esmira Gülməmmədova müsabiqədə həvəsləndirici yeri tutub. Şagirdimizi təbrik edir, bundan da böyük uğurlar arzulayırıq.
Abbasov Tunarın uğuruMəktəbimizin 8-ci sinif şagirdi "Atletika Baku" futbol komandasının üzü Tunar Abbasov Türkiyədə keçirilən "Alanya Cup 2022" futbol turnirində iştirak etmiş, 2-ci yer qazanmışdır. Şagirdimizi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.
Kərimova Nigarın nailiyyəti22.01.2022- ci il tarixdə 76 nömrəli tam orta məktəbin 4"D"sinif şagirdi Kərimova Nigar Müstəqil Qiymətləndirmə Mərkəzinin və Kainat Mərkəzinin birgə təşkil etdiyi Bilik yarışında yüksək nəticə (450 bal) toplayaraq təltifnamə ilə təltif olundu.