"Bilik yarışı" keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq kimya-biologiya aylığı çərçivəsində aprelin 27-də Gülnisə Allahverdiyevanın təşkilatçılığı ilə 7 f sinif şagirdləri arasında "Bilik yarışı" keçirilib.
İntellektual bilik yarışının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır.
Yarışın əvvəlində Dövlət Himninin səsləndirilməsindən sonra yarışın şərtləri komandalara izah edilib.
Yarışda "Одноклеточные", "Моллюски", "Черепашки-ниндзя", "Кальмары" komanda iştirak edib. Yarış üç turda keçirilib. Biologiya fənni üzrə suallar təqdim edilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda "Одноклеточные" təmsil edən komanda qalib olub.
Qalib komanda fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.