Ümummilli Lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş divar qəzetləri

Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü ilə əlaqədar mayın 7-də 76 nömrəli tam orta məktəb şagirdləri dahi liderə həsr olunmuş divar qəzeti hazırlayıblar.

Məqsəd Ümummilli Liderin xatirəsini əbədiləşdirmək, Azərbaycançılıq məfkurəsinin geniş təbliği, onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi və şagirdlərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir.

Divar qəzetlərində Ümummilli Liderin şərəfli həyat yolu və xalq, dövlət naminə gördüyü işlərdən ətraflı bəhs edilib, dahi şəxsiyyət haqqında geniş məlumatlar qeyd edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi