Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirilib

Mayın 8-də məktəbin illik Fəaliyyət planına uyğun olaraq təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Fərmanlının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş şeir müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün uğurla davam etdirilən siyasi kursun əsaslarının məhz Ulu öndərimiz tərəfindən qoyulması haqqında şagirdləri bir daha maarifləndirmək, Ümummilli Liderimizin irsini gələcək nəsillərə çatdırmaq, şagirdlərdə vətənpərvərlik hissini aşılamaq və onların istedadlarını üzə çıxarmaqdan ibarətdir.

Müsabiqənin nəticələrinə əsasən I, II, III yerləri tutmuş şagirdlərin məktəb rəhbərliyi tərəfindən mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi