Mixail Yuryeviç Lermontovun “Бэла” əsəri təhlil olunub
Məktəbin Fəaliyyət planına uyğun olaraq aprelin 20-də məktəbin rus dili və ədəbiyyat müəllimi Fəridə Qulamovanın rəhbərliyi ilə görkəmli rus şairi, yazıçı, dramatruq Mixail Yuryeviç Lermontovun “Бэла” əsəri təhlil olunub.
Məqsəd şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.
Tədbirdə əsərin mövzusu, ideyası, qoyulan problemlər geniş və hərtərəfli müzakirə edilib. Şagirdlərin fikirləri dinlənilib.