Pedaqoji Şura iclası keçirildi
Aprelin 20-də pedaqoji şuranın növbəti iclası keçirilib. Pedaqoji şuranın sədri Şəfəq İbişova iştirakçıları müzakirə olunacaq məsələlərlə tanış edib.
2022/2023-cü tədris ilinin fevral və mart aylarında pedaqoji kollektiv tərəfindən görülən işlər, I-IV siniflərdə riyaziyyat, informatika və xarici dillərin tədrisinin monitorinqinin nəticələri, məktəb rəhbərliyi tərəfindən ayrı-ayrı fənlər üzrə aparılmış diaqnostik yoxlamaların nəticələri, V-XI siniflərdə ana dili və ədəbiyyat, xarici dillərin tədrisinin monitorinqinin nəticələri, məktəbdənkənar işlərin təşkili və 2022/2023-cü tədris ilinin fevral, mart aylarında müəllim və şagirdlərin nizam- intizam qaydalarının və dərsə davamiyyətinin nəticələri, məktəb invertarlarının qorunmasının monitorinqinin nəticələri və s. məsələlər müzakirə olunub.