15 sentyabr – Bilik Günü qeyd olunub

        15 sentyabr 2025-ci il tarixində  məktəbdə yeni tədris ilinin başlanğıcı – Bilik Günü münasibətilə tədbir keçirildi. Məktəbin həyətində təşkil olunan tədbirdə müəllimlər, şagirdlər, valideynlər, Şəhid ailələri iştirak edirdilər.
   Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ümumi təhsil müəssisələrinə göndərdiyi təlimata əsasən  keçirilən bu tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Şəhidlərimizin əziz ruhu 1 dəqiqəlik sükutla yad olunub.
    Məktəbin direktor əvəzedicisi Səidə Əhmədova tədbiri giriş sözü ilə açaraq, yeni dərs ilində qarşıya qoyulan məqsədlərdən danışdı, bütün şagirdləri və müəllim kollektivini təbrik edərək uğurlar arzuladı. Xüsusilə ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri üçün bu günün əlamətdar olduğu qeyd etdi və onlara yeni təhsil həyatında müvəffəqiyyətlər dilədi. O, "Konstitusiya və Suverenlik İli" haqqında qısa məlumat verərək, ilk dərsin  "Konstitusiya və Suverenlik İli"nə həsr olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. 
Daha sonra Şəhid atası Vaqif Şəbiyevə, DİM və blok imtahanlarından məktəb üzrə yüksək nəticə göstərən şagirdimiz Əli Babalının valideyninə söz verilmiş və onlar da təbriklərə qoşularaq səmimi arzularını çatdırmışlar.
     Məktəbin istedadlı şagirdlərinin təqdim etdiyi ədəbi-bədii kompozisiyalar tədbirə xüsusi rəng qatdı. 
         Bilik gününə həsr olunmuş tədbirimiz ilk zəngin çalınması ilə yekunlaşmışdır.
Yeni dərs ili münasibətilə bütün təhsil ictimaiyyətinə uğurlar və nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi