"eTwinning Plus” layihəsi

         Məlum olduğu kimi, Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin və müəllimlərinin beynəlxalq layihə proqramlarında iştirakını təmin edən layihələr üzərində işlərini aktiv olaraq davam etdirirlər. 2005-ci ildə yaradılan "eTwinning Plus” layihəsi də Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsidir. İnkişaf etmiş Avropa məktəblərinin aktiv iştirakçısı olduğu "eTwinning Plus” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulmuşdur.
Layihə çərçivəsində Azərbaycan məktəbləri və şagirdləri Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanıblar.           "eTwinning Plus” layihəsi çərçivəsində müəllim və şagirdlər XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak edirlər. Azərbaycan məktəblərinin "eTwinning Plus” layihəsinindəki fəaliyyəti birbaşa Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.
         Sevindirici haldır ki, məktəbimizin xarici - dil müəllimi İlahə Quliyeva və şagirdlərinin aktiv iştirakçısı olduğu "THOSE WHO SHAPE OUR LIVES..." və " OUR LIVING VALUES !" adlı layihələri  bu il "eTwinning Plus” çərçivəsində təltif edilən "Avropa Keyfiyyət Nişanı”na layiq görülmüşlər. Adı çəkilən layihələrdə Türkiyə , İordaniya, Makidoniya, İtaliya və Azərbaycandan olan tərəfdaş məktəblər birgə çalışmışlar. Bu o deməkdir ki, layihədəki işimiz, şagirlərimizin və məktəbimizin əməyi ən yüksək Avropa səviyyəsində tanınıb.
Uğurlarımız davamlı olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi