“Şəhidlər ölməz, Vətən bölünməz”

            Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Təhsil nazirinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 17.01.2021-ci il tarixdə ZOOM platformasında məktəbimizin şəhidlik  zirvəsinə yüksəlmiş məzunlarının valideynləri və döyüşlərdə ağır yaralanan qazi məzunları ilə koollektiv üzvlərinin (şagird və müəllimlər) onlayn görüşü keçirilmişdir. Direktor və direktor müavinlərinin də iştirak etdiyi bu görüşdə şəhid Saleh Əliyevin anası Solmaz xanım, şəhid Əfqan Nəsirovun anası Kəmalə xanım, şəhid Nicat Xələfovun valideynləri İlqar bəy və Dilarə xanım, şəhid Məhəmməd Şəbiyevin nənəsi Mehriban xanım, şəhid Rahim Quliyevin bacısı Tohidə xanım çıxış edərək şəhidlərimizlə bağlı xatirələrini danışmış, onlarla qürur duyduqlarını ifadə etmişlər. Qazi Ülvi Həsənov müharibənin qan-qadasından, şəhid olmuş döyüş yoldaşları ilə bağlı xatirələrindən danışmışdır. Qazi Cahangir Mədətov bundan sonra da torpaqlarımızın toxunulmazlığı üçün canını fəda etməyə hazır olduğunu bildirmişdir. Digər bir məzunumuz Tural Eyvazov cəbhədə ağır yaralanmasına baxmayaraq, sağalandan sonra yenidən xidmət etdiyi hərbi hissəyə qayıtmiş və görüşə də elə oradan qatılmışdır. O da hər zaman Vətənin keşiyində ayıq-sayıq dayandığını qeyd etmişdir. Tədbirdə  şagirdlərimizin ifasında şəhidlərimizə həsr olunmuş bədii parçalar səsləndirilmiş, 1-ci və 2-ci Qarabağ müharibəsi qəhrəmanlarına ithaf olunmuş videoçarxlar nümayiş olunmuşdur. Sonda məktəbimizin direktoru Yasin Quliyev çıxış edərək qazanılmış qələbədə şəhid və qazilərimizin qəhrəmanlığının, Ali Baş Komandanımızın səriştəli siyasətinin, eyni zamanda xalqımızın birliyinin mühüm rolu olduğunu vurğulamış, şəhidlərimizə Allahdan rəhmət diləmiş, qazilərimizə can sağlığı arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi