1 b sinfinin şagirdləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaya getmişdilər
Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi “Multikulturalizm” ili ilə bağlı Bakı şəhərində fəaliyyət göstərən muzeylərin tarixi, ayrı-ayrı dövrləri əks etdirən tarixi eksponatlarla, ölkə əhəmiyyətli tarixi memarlıq abidələri, xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, tarixi fotolarla tanış olaraq, çoxşaxəli və rəngarəng ekspozisiyalar barədə məktəblilərin maarifləndirilməsi məqsədilə məktəblilər üçün muzey həftəsi təşkil edir. Bu məqsədlə məktəbin 1b sinif şagirdləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaya getmişdilər.