"Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan Konstitusiyasının müəllifidir"

    2025-ci il " Konstitusiya və Suverenlik ili" ilə əlaqədar məktəbimizdə "Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda dəyirmi masa keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tarix müəllimi Lalə Babayeva mövzu ilə əlaqədar məruzə edib. Sonra şagirdlər hazırladıqları slayda əsasən çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikası Konstitusiyası layihəsinin hazırlanması barədə danışarkən xüsusi qeyd etmək lazımdır ki, konstitusiyanın müstəqil dövlətçiliyinin qurucusu, Ümumilli Lider Heydər Əliyevin əsəridir. O, Azərbaycanın əsas qanununun hazırlanmasına, onun bütün prinsipial müddəalarının geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik etmişdir. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər də iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi