Maqnitlər

    13.05.2025-ci il tarixində məktəbimizin fizika müəllimi Ağayeva Səadət tərəfindən 7a sinfində "Maqnit sahəsi və maqnit qüvvə xətlərinin müşahidəsi" mövzusunda açıq dərs təşkil edilib. Dərs zamanı şagirdlər düz və nalşəkilli maqnitlərdən istifadə edərək  təcrübələr aparıblar. Onlar dəmir qırıntıları və kompas vasitəsilə maqnit qüvvə xətlərinin istiqamətini müşahidə etdilər. Təcrübələr zamanı şagirdlər maqnit sahəsinin xüsusiyyətləri ilə tanış oldular və müxtəlif formalı maqnitlərin ətrafında yaranan sahə xətlərinin fərqli quruluşlarını araşdırdılar. Dərsin sonunda şagirdlər maqnit spektrləri haqqında məlumat əldə etdilər və onların əyani müşahidəsi ilə mövzunu daha dərindən mənimsədilər. Dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri də iştirak ediblər. Sonda dərsin güclü və inkişafa ehtiyacı olan tərəfləri müzakirə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi