Monitorinqlər davam edir

02.05.2025-ci il tarixində məktəbin illik fəaliyyət planına əsasən VI siniflərdə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə növbəti monitorinqlər təşkil edilib. Monitorinqin keçirilməsində əsas məqsəd təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etməkdir. Şagirdlərin nəticələri təqdim olunmuş standartlar üzrə yoxlanıb, təhlil olunacaq.
Monitorinqlərin keçirilməsinə məktəb rəhbərliyi tərəfindən nəzarət edilib.