Polis Akademiyasına qəbul qaydaları
13.01.2024-cü il tarixdə məktəbdə DİN Polis Akademiyasının nümayəndəsi polis baş leytenantı Alparslan Məmmədli və Sabunçu rayon Polis İdarəsinin əməkdaşı polis mayoru İbrahim Məmmədovun iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir. Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilmişdir. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyələr verilmişdir.