Nümunəvi dərs - Kəsrlər
27.12.2024-cü il tarixində riyaziyyat fənn aylığı çərçivəsində məktəbimizin riyaziyyat müəllimi Rizayeva Yuliya tərəfindən 5b sinifində "Adi və onluq kəsrlərin bölünməsi, vurulması" mövzusunda açıq dərs keçirilib. Dərsdə şagirdlər qruplara bölünüb əməkdaşlıq edərək iş vərəqlərində təqdim edilmiş tapşırıqları yerinə yetiriblər. Müəllim şagirdlərin tənqidi və problemi həlletmə bacarıqlarının inkişafına sövq etmək üçün sual və tapşırıqlar təqdim edib. Dərsdə məktəbin direktoru Nazəni Məmmədova və təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva və fənn müəllimləri iştirak ediblər. Sonda dərsin effektiv müzakirəsi aparılıb.