Bakı məktəbliləri yaşadıqları ərazini araşdıracaq

   Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Gəlin tanış olaq!” müsabiqəsi keçiriləcək.
VIII-X sinif şagirdləri arasında keçiriləcək müsabiqə çərçivəsində məktəblilər yaşadıqları ərazinin, qəsəbənin maddi-mənəvi irsi, dəyərləri, etnoqrafiyası, tarixi, mədəniyyət abidələri, elm xadimləri, görkəmli şəxsləri barədə araşdırma aparacaq və videoçarx hazırlayacaqlar.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən təşkil olunan müsabiqə şagirdlərin azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, milli-mənəvi dəyərlərə sadiq ruhda və vətəndaşlıq mövqeyini dərk edərək hərtərəfli şəxsiyyət kimi böyüməsini təmin etmək məqsədlərinə xidmət edir.

https://www.facebook.com/bakuedu.gov.az/videos/1178163609241122/?epa=SEARCH_BOX

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi