" Mən hərbi xidmətə hazıram " adlı maarifləndirici təlim keçirildi.

  Bakı şəhəri Gənclər və İdman idarəsinin Sabunçu rayon sektoru və 67 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı , Sabunçu rayon Gənclər evinin dəstəyi ilə gənclər arasında , " Mən hərbi xidmətə hazıram " adlı maarifləndirici təlim keçirildi. Təlimin məqsədi yeniyetmə və gəncləri Azərbaycanın Respublikası Konstitusiyasının hərbi xidmətə aid maddələri və hərbi xidmət haqqında qanunun müddəaları ilə tanış etmək , ilkin hərbi qeydiyyata durma haqqında maarifləndirmək , onların gələcəkdə layiqli , vətənpərvər əsgər olmasına tövsiyə verməkdir .

Təlim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Respublikasının suverenliyi , müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Təlimçi Bakı şəhəri 67 nömrəli tam orta məktəbin hərbi rəhbəri , Vətən müharibəsi veteranı və qazisi , ehtiyatda olan polkovnik-leytenant Sadıqov Muraz Arif oğludur . Təlimdə Gənclər və İdman idarəsinin Sabunçu rayon sektorunun əməkdaşı Elnarə Məmmədova iştirak etmişdir . Təlimin sonunda gənclərlə Dövlət rəmzləri , Zəfər tariximiz və hərbi xidməti əhatə edən qanunlar toplusuna aid intellektual yarış keçirilmişdir . Fərqlənən gənclər sertifikatla təltif olunmuşdur .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi