Məktəbdə " Son zəng " tədbiri keçirilib.

Bütün respublikanın ümumtəhsil məktəblərində olduğu kimi iyunun 14 - də 67 nömrəli tam orta məktəbdə də " Son zəng " tədbiri keçirildi . Azərbaycan respublikasının dövlət himni səsləndirildikdən sonra Vətən müharibəsində şəhid olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi . Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İradə Bayramova məzunları və onların valideynlərini təbrik edərək onlara gələcək həyatlarında uğurlar dilədi.Sonra məktəbin şəhid məzunlarının valideynləri öz xoş arzularını məzunlara çatdırdılar . Bu il Bakı şəhərini Respublika mərhələsində təmsil edərək ll yeri tutan məktəbin Şahinlər komandası öz nümunəvi çıxışları ilə hər kəsi bir daha qürurlandırdı . Xl sinif şagirdlərinin və məktəbin müəllimlərinin hazırladıqları musiqili proqram gələn qonalarda xoş təəssürat yaratdı. Məktəb kollektivi olaraq biz də məzunlarımızı təbrik edir , onlara gələcək həyatlarında uğurlar diləyirik.Səsiniz hər zaman uca zirvələrdən gəlsin əziz məzunlar !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi