Məktəbin daha bir uğuru.

Məktəbin X , Xl siniflərindən ibarət " Şahinlər " komandası " Şahin hərbi idman oyunları " nın Sumqayıt şəhərində keçirilən respublika mərhələsində Bakı şəhərini təmsil etmiş və ikinci yeri tutaraq kubok , medal və diplomlarla təltif edilmişdir . Diplom və medalları Gənclər və İdman naziri Fərid Qayıbov təqdim edərək komandamıza uğurlar diləmiş , gələcək yarışlarda daha böyük nailiyyətlər qazanacaqlarına ümid etdiyini bildirmişdir . Komandamızı qazandığı uğur münasibəti ilə təbrik edir , gələcək yarışlarda daha böyük uğurlara imza atmasını arzulayırıq . Bu komandanın belə böyük uğurlar qazanmasında göstərdiyi xidmətlərinə görə məktəbin hərbi rəhbəri ehtiyatda olan polkovnik leytenant Muraz Sadıqova kollektiv adından öz dərin təşəkkürümüzü bildiririk .