Metodbirləşmə rəhbərləri ilə iclas keçirildi

2025-2026- cı tədris ilinin başlanması ilə əlaqədar olaraq metodbirləşmə rəhbərləri ilə iclas keçirildi . İclasda məktəb rəhbərliyi və metodbirləşmə rəhbərləri iştirak edirdi . Yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə olundu . İllik planlaşdırmaların hazırlanması , diaqnostik qiymətləndirmələrin aparılması ilə bağlı fikir mübadiləsi aparıldı . Təlim nəticələri zəif olan şagirdlərlə əlavə işin aparılması qərara alındı . Xl siniflərdə buraxılış imtahanlarının nəticələri və başqa bir sıra zəruri məsələlər müzakirə edildi . Tədris ilində metodik işin təşkili ilə bağlı tövsiyələr verildi .