2025 - 2026 - cı tədris ilinin ilk Pedaqoji şurası keçirildi

 11 . 09. 2025- ci il tarixdə 2025 - 2026 - cı tədris ilinin ilk Pedaqoji şurası keçirildi . Pedaqoji şurada ötən ilin yekunları və qarsıda duran məsələlər müzakirə edildi . İclası giriş sözü ilə açan məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Təranə Əlisoy ötən ildə görülmüş işlərin aparılmasına dair ətraflı məlumat verdi . Ötən ilin məzunlarının qəbul nəticələri , Şahin Hərbi İdman oyunları və müxtəlif olimpiadalarda şagirdlərimizin nailiyyətləri , lV - Vl siniflərdə aparılmış monitorinqlərin nəticələri , lX siniflərdə DİM tərəfindən aparılmış buraxılış imtahanlarının nəticələri haqqında geniş məlumat verdi. Yeni tədris ilində qarşıda duran hədəflərimizin nələrdən ibarət olacağını bildirdi . Direktor müavini Ceyran Məmmədova cıxıs edərək məktəb daxili qiymətləndirmənin standartlara uyğun hazırlanması , fənn metodbirləşmə rəhbərlərinə metodik tövsiyyələrini verdi . Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı sinif rəhbərlərinin iş planlarının hazırlanması , növbətçiliyin təşkili həmçinin elektron jurnalların dəqiq vaxtında yazılması haqqında geniş məlumat verdi. Hərbi rəhbər , Vətən müharibəsi veteranı və qazisi , ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov Şahin Hərbi İdman oyunlarında qazanılan nailiyyətlərdən danışaraq gələcəkdə də bu ənənənin davam etdirilməsinə söz verdi. Sonda ötən ildə fərqlənən şagirdlərin müəllimlərinə təşəkkür elan edildi . Çalışmanın yaş həddinə çatmış müəllimlərə təşəkkür elan edilərək xatirə hədiyyələri təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi