Uğurunuz uğurumuzdur !

Məktəbin Vll sinif şagirdləri Heydərli Arzu və Məmmədli Nuran təbiət fənni üzrə keçirilən Respublika Fənn müsabiqəsində ll yeri tutaraq gümüş medal və diplomlarla təltif edilmişlər.
Onların üzərində əməyi olan məktəbin biologiya müəllimi Günel Xasaylıya dərin təşəkkürümüzü bildiririk.
" King boks " üzrə keçirilən klublararası çempionatıda 27 kq çəki dərəcəsində yarışan məktəbin Vl sinif şagirdi Mikayılzadə Ayxan l yeri tutaraq qızıl medal və diplomla təltif edilmişdir.
Hər üç şagirdimizi təbrik edir , onlara gələcək yarışlar və olimpiadalarda yeni nailiyyətlər arzu edirik.