Bullinq və onun fəsadları

   23 noyabr tarixində 67 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini Məleykə Muradovanın təşkilatçılığı ilə "Bullinq nədir və onun öhdəsindən necə gəlmək olar?!" mövzusuna həsr olunan maarifləndirici seminar keçirilib. Seminarda tamaşaçıların mövzuya motivasiya olunması məqsədi ilə ilk öncə məktəbin VI "a" sinif şagirdlərinin ifasında "Bullinqə düçar olan qızcığaz" adlı qısa səhnəcik nümayiş olunub. Daha sonra mövzu haqqında şagirdlər arasında müzakirə aparılıb və tədbirdə qonaq olan müəllimlər, "Məktəblinin dostu"-nun nümayəndəsi çıxış edərək fikir və təkliflərini bildiriblər. Seminarda həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Mənimlə danış” kampaniyasının videoçarxı nümayiş etdirilib və şagirdlərin videoçarx haqqındaki fikirləri dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi