Sabunçu məktəbliləri bir ilkə imza atıb

  Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyada iştirak edən Quba, Qusar, Şabran, paytaxtın Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı və Yasamal rayonlarından olan məktəblilər Gəncəyə gediblər. Məktəblilərin noyabrın 21-dək davam edən səfəri artıq başa çatıb.
Qeyd edək ki, 18 noyabr tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında “Ölkəmizi tanıyaq” maarifləndirici 12-ci tur-aksiya iştirakçılarının müəyyən olunmuş qrafik üzrə təntənəli yolasalma mərasimi keçirilib. 12-ci tur-aksiya iştirakçıları xüsusi ayrılmış avtobusla Gəncə-Göygöl-Şəmkir istiqamətində yola düşüblər. 67 nömrəli tam orta məktəbin X “a” sinif şagirdi Samin Hüseynov və X “b” sinif şagirdi Dilşad Musayeva, təşkilati işlər üzrə direktor müavini Azad Kələşov tur-aksiyada iştirak edərək məktəbi təmsil ediblər.
“Ölkəmizi tanıyaq” 12-ci tur aksiyada iştirak edən Sabunçu məktəbliləri rayonlararası keçirilən intellektual yarışda bir ilkə imza ataraq I, II və III yerlərin qalibi olub hər üç kuboku əldə ediblər.
Bu möhtəşəm qələbə münasibəti ilə məktəbliləri və əməyi keçən hər kəsi təbrik edirik.

https://www.facebook.com/sabunchuih/

https://www.facebook.com/263249130504731/posts/1427027387460227/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi