Respublika Təhsil Şurasının növbəti yığıncağı Sabunçu rayonunda keçirildi

  Respublika Təhsil Şurası İdarə Heyətinin üzvləri 16 noyabr 2019-cu il tarixində Sabunçu rayonunda yerləşən bir sıra məktəblərin müəllim kollektivi ilə görüşüblər. Görüş 9 Noyabr Dövlət Bayrağı Günü, 12 Noyabr Konstitusiya Günü, eləcə də 17 Noyabr Milli Dirçəliş Gününə həsr olunub.

Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin səlahiyyətli nümayəndəsi, eləcə də Təhsil Şurası İdarə Heyətinin üzvləri iştirak ediblər. Sabunçu rayonu 252 nömrəli tam orta məktəbdə keçirilən görüşdə 67, 72, 74, 80, 94, 96, 142, 148, 196 və 271 nömrəli tam orta məktəblərin kollektivləri iştirak ediblər.

Təhsil Şurası İdarə Heyətinin sədri, professor Hikmət Əlizadə görüş iştirakçıları üçün 30 dəqiqəlik təlim keçirib.

Daha sonra müəllimlərin maraqlı sualları cavablandırılıb. Sonda Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə görüşün yüksək səviyyədə təşkilinə görə İdarə Heyətinin üzvü Ofeliya Arazovaya təşəkkür edib və təhsil sahəsində xidmətlərinə görə Təhsil Şurası tərəfindən fəal müəllimlər təşəkkürnamə ilə təltif edilib.

67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova, direktor müavinləri Məleykə Muradova və Səbahət Ağayeva, ibtidai sinif müəllimi İlhamə Rzayeva Təhsil Şurası tərəfindən təhsil sahəsində xidmətlərinə görə təşəkkürnamə ilə təltif edilib. Bu münasibətlə hər birini təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

http://tehsilshurasi.az/manset/340-tehsil-surasi-ctimai-birliyinin-novbeti-gorusu-sabuncu-muellimleri-ile-olmusdur.html

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi