Qaliblərin təltifetmə mərasimi keçirildi

  2 noyabr tarixində 67 nömrəli tam orta məktəbdə VIII sinif şagirdlərinin iştirakı ilə keçirilən "Torpaqların eroziyası və onlara qarşı mubarizə tədbirləri" mövzusuna həsr olunmuş layihə musabiqəsi və bilik yarışının qalibləri diplomla təltif olundular.
Xatırladaq ki, məktəbin coğrafiya müəllimləri Şəhmir Mehdiyev, Qüdrət Məmmədova və Nüşabə Əbilovanın təşkilatçılığı ilə həyata keçirilən müsabiqədə 7 sinif iştirak etmişdi. Müsabiqənin nəticələrinə əsasən bilik yarışında VIII "ç" sinfi, layihə təqdimatında isə VIII "d" sinfi I yer tutaraq qalib olmuşdular.
Qalibləri təbrik edir, belə maraqlı müsabiqəyə görə təşkilatçılara təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi