Kiçik Akademiya üzvlərinin bayraq sevgisi
67 nömrəli tam orta məktəbdə Bayraq Gününə həsr edilmiş silsilə tədbirlərin növbətisi "Kiçik Akademiya"-nın üzvləri tərəfindən keçirildi. Şanlı Azərbaycan bayrağının şeir və mahnılarla vəsf olunduğu tədbirdə şagirdlər tərəfindən hazırlanmış videoçarxlar da nümayiş etdirildi.
Tədbirdə qonaq qismində iştirak edən "Kiçik Akademiya"-nın rəhbəri Gülnarə Bağırova, Azərbaycan dili müəllimi Aygün Məmmədova, təsviri incəsənət müəllimi Sevil Sultanova, məktəbin UBR-i Nigar Mirzəcanova və məktəbin VMA prezidenti Naibə Əhmədova çıxış edərək şagirdlərə öz təəssüratlarından bəhs etdilər və maraqlı tədbirin təşkilinə görə "Kiçik Akademiya"-nın nümayəndələrinə təşəkkür etdilər.