67 nömrəli tam orta məktəbdə Bayraq Günü

   67 nömrəli tam orta məktəbdə Bayraq Gününə həsr olunmuş müxtəlif səpkidə tədbirlər keçirildi. Bu tədbirlərdən ən möhtəşəmi 7 noyabr tarixində keçirilən "Bayraq yürüşü" oldu. Yürüş Sabunçu qəsəbəsi ərazisində keçirildi. Yürüşdən öncə məktəbin bir qrup müəllim və şagird heyəti qəsəbədə insanların sıx olduğu bir ərazidə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək ətrafdakılara himnə hörmət və ehtiram hissini aşılamağa çalışdılar. Daha sonra Sabunçu qəsəbəsində yerləşən böyük supermarketlərdən birində "Yaşa Azərbaycan" mahnısı ilə fleşmob nümayiş etdirdilər. Fleşmobdan sonra böyük ölçülü Azərbaycan bayrağı qəsəbənin küçələrindən keçirilərək məktəbə doğrü aparıldı. Yürüşdən sonra tədbir məktəbdə davam etdirildi. Ulu öndər Heydər Əliyevin "Hər bir azərbaycanlının evində mütləq Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanmalıdır" devizini əsas tutaraq bütün şagirdlərə 8 noyabr günü məktəbə bayraqla gəlmək tapşırıldı. 8 noyabrda məktəbdə açıq hava şəraitində bayram şənliyi keçirildi. Bütün şagirdlərin əlində dalğalanan bayraqlar qürurverici görüntülərə səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi