Sabunçu qəsəbəsində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirildi

  67 nömrəli məktəbdə növbəti möhtəşəm layihə həyata keçirildi.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr–20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində elan edilmiş “Uşaq hüquqları aylığı” çərçivəsində 6 noyabr 2019-cu il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Sabunçu qəsəbəsində yerləşən 67 nömrəli tam orta məktəbdə tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) ixtisaslaşmış müşaviri Lamiyə Zeynalova, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və 67 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti iştirak edirdilər.
Qonaqlar ilk olaraq məktəbin şagirdləri tərəfindən hazırlanan əl işləri sərgisinə baxış keçirdilər. Daha sonra şagirdlərin ifasında mövzu üzrə müxtəlif səhnəciklər və rəqslər nümayiş etdirildi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək bildirdi ki, bəşəriyyətimizin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülür.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) ixtisaslaşmış müşaviri Lamiyə Zeynalova tədbir iştirakçılarına yetkinlik yaşına çatmayanlara diqqətin artırılması və hüquqlarının təmini vəziyyətinin daha da yaxşılaşdırılması, ölkədə bu sahədə görülən işlər haqqında geniş məlumat verdi. Uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və milli qanunvericilik, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında müəyyən olunmuş hüquq və vəzifələr, bu hüquqların müdafiə mexanizmləri, həyata keçirilməli olan preventiv tədbirlər haqqında məlumatları diqqətə çatdıran L.Zeynalova Ombudsman Aparatı tərəfindən çap olunmuş maarifləndirici nəşrləri məktəb kitabxanasına təqdim etdi.
Qeyd edək ki, aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

 

https://youtu.be/_JTwGhGlBXY

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi