Müəllimlərimizin növbəti uğuru

  8 noyabr tarixində məktəbdə keçirilən möhtəşəm tədbir zamanı direktor müavini Məleykə Muradova Azərbaycan Valideyn Müəllim Assosasiyası İctimai Birliyinin Sabunçu rayonu üzrə 1 nömrəli filialı tərəfindən 67 nömrəli tam orta məktəbdə keçirilən Bayraq Gününə həsr olunmuş silsilə tədbirlərin təşkilində göstərdiyi xidmətlərə görə, məktəbin ictimai və mədəni işlərində fəal iştirakına görə təşəkkürnamə ilə təltif olundu.
Əməyi belə yüksək dəyərləndirdikləri üçün məktəbin direktoru İradə Bayramovaya, AVMAİB-nin Sabunçu rayonu üzrə 1 nömrəli filialının rəhbəri Naibə Əhmədovaya və sevincimizə şərik olan hər kəsə təşəkkür edirik.
Belə qürurverici bir gündə təşəkkürnamə ilə təltif olunmaq insana ikiqat sevinc bəxş edir.
Bayramınız mübarək, əziz həmvətənlər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi