Bayraq əbədiyyət rəmzimiz, milli vəhdətimizdir

  67 nömrəli tam orta məktəbdə Fəaliyyət Planına əsasən noyabr ayının 7-si və 8-i Bayraq Günü təntənəli şəkildə qeyd olundu. Silsilə tədbirlər 7 noyabrda öncə məktəbəhazırlıq qrupları üçün keçirildi, sonra sürpriz flaşmobla Sabunçu qəsəbəsində insanların sıx olduğu bir ərazidə davam etdirildi, 8 noyabr tarixində isə səhər və günorta növbələri üçün ayrı-ayrılıqda möhtəşəm şəkildə qeyd olundu. Tədbir zamanı müəllim, valideyn və şagirdlərin ifasında şanlı bayrağımızı vəsf edən şeirlər və mahnılar səsləndi. Meydançaya gətirilən böyük ölçülü bayraq hər kəsə fəxarət dolu anlar yaşatdı.
Bayraq böyük qüvvədir. Bayraq elə bir qüdrətdir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər də ona baş əyir. Bayraq elə bir cəsarətdir ki, əliboş 20 yanvar şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq və məhv etmək istəyən zirehli tankların altına apardı. Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət andı içirlər. Bayraq elə bir müqəddəs varlıqdır ki, onun uğrunda ölmək şərəflidir.
Bayramınız mübarək, əziz həmvətənlər!

 

https://youtu.be/r283uVlY8ag

https://youtu.be/Boh3MhT-pcM

https://youtu.be/WMwihwBtdHM

https://youtu.be/3iI9Xiu1FIU

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi