Şair Zahid Xəlillə görüş

   67 nömrəli tam orta məktəbdə Azərbaycan yazıçısı, şairi, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlillə görüş keçirildi.
Şagirdlərdə mütaliə marağının artırılması məqsədi ilə direktor müavini Səbahət Ağayeva tərəfindən IV siniflər arasında keçirilən şeir müsabiqəsində qaliblərə söz verildiyi kimi görkəmli şair Zahid Xəlil məktəbə dəvət olundu.
Şairin gəlişi müsabiqənin qalibi olan IV sinif şagirdlərinin, məktəbin müəllim kollektivinin, eləcə də valideynlərin sevincinə səbəb oldu. Zahid Xəlil şeirlərinin vurğunu olan balacalar onu böyük həvəslə qarşıladılar və şairin ən çox sevdikləri şeirlərini səsləndirdilər.
Tədbirdə məktəbin direktoru İradə Bayramova, kitabxana müdiri Həmayıl Hacıyeva, ingilis dili müəllimi Sulidə Rüstəmova, musiqi müəllimi Sevil Ağamalıyeva, IV sinif müəllimləri və bir qrup valideyn heyəti iştirak etdilər.
Məktəbin qonağı olan söz ustadı Zahid Xəlil tədbirdə öz fikirlərini səsləndirdi, tədbir sonrası məktəbin maraqlı guşələri ilə tanış oldu və çay süfrəsi arxasında xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra direktor İradə Bayramova tərəfindən şairə 67 nömrəli tam orta məktəbin 120 illik tarixini əks etdirən "3 əsrin şahidi" adlı kitab hədiyyə olundu.
Tədbirin təşkilinə görə Səbahət Ağayevaya və Sevil Ağamalıyevaya təşəkkür edir, şairlə görüşdə iştirak edən bütün qalibləri təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi