IV siniflərdə şeir müsabiqəsi

  67 nömrəli tam orta məktəbdə direktor müavini Səbahət Ağayevanın təşkilatçılığı ilə IV sinif şagirdləri arasında şeir müsabiqəsi keçirildi. Müsabiqədə şagirdlər görkəmli Azərbaycan şairi Zahid Xəlilin şeirlərini səsləndirərək öz istedadlarını münsiflərin qarşısında sınadılar.
Münsiflər heyətinin tərkibinə direktor müavini Səbahət Ağayeva, musiqi müəllimi Sevil Ağamalıyeva və ibtidai sinif müəllimi Təranə Əlisoy daxil idi.
Müsabiqənin əsas məqsədi iştirakçılar arasından Zahid Xəlil şeirlərinin vurğunu olan, onun şeirlərini yaşayaraq səsləndirən şagirdləri seçmək və qalibləri şairlə görüşdürmək idi. Müsabiqədə 11 sinif iştirak etdi.
Qalib gələnlər növbəti tura keçərək ifa etdikləri şeirləri şairin qarşısında canlı-canlı səsləndirmək imkanı qazandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi