Coğrafiya fənninin tədrisi bilik yarışı vasitəsi ilə yoxlanıldı

2 noyabr tarixində 67 nömrəli tam orta məktəbdə VIII sinif şagirdlərinin iştirakı ilə "Torpaqların eroziyası və onlara qarşı mubarizə tədbirləri" mövzusuna həsr olunmuş layihə musabiqəsi və bilik yarışı keçirildi.
Məktəbin coğrafiya müəllimləri Şəhmir Mehdiyev, Qüdrət Məmmədova və Nüşabə Əbilovanın təşkilatçılığı ilə həyata keçirilən müsabiqədə 7 sinif iştirak etdi. Siniflər komandalar şəklində yarışdılar. Cavablar münsiflər heyəti tərəfindən tam obyektiv şəkildə yoxlanıldı.
Münsiflər heyətinin tərkibinə məktəbin direktor müavini Ceyran Məmmədova, ingilis dili müəllimləri Sulidə Rüstəmova və Zemfira Ələsgərova, təsviri incəsənət müəllimi Diləfruz Rüstəmova daxil idi.
Müsabiqənin nəticələrinə əsasən bilik yarışında VIII "ç" sinfi, layihə təqdimatında isə VIII "d" sinfi I yer tutaraq qalib oldular.
Qalibləri təbrik edir, belə maraqlı yarışın təşkilinə görə təşkilatçılara təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi