Gender zorakılığı-cəmiyyətimizin faciəsi

  28 oktyabr tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 311 nömrəli tam orta məktəbdə rayonun 6 məktəbinin iştirakı ilə "Gender zorakılığı-cəmiyyətimizin faciəsi" mövzusuna həsr olunmuş tədbir keçirildi. Tədbirdə 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova, direktor müavini Məleykə Muradova, fiziki tərbiyə müəllimi Ramin Eminov, VII "ç" sinif şagirdi Qumru Məmmədli, VI "a" sinif şagirdləri Həcər Məmmədova və Mədinə Muradova təmsil etdilər. Mövzuya həsr olunmuş "Biz erkən nikaha YOX deyirik!" adlı kompazisiyada erkən nikahın fəsadlarından, qızlar üçün təhsilin necə önəmli olmasından və yeniyetmə qızların təhsildən yayındırılaraq erkən nikaha məcbur edilməsinin necə faciələrə yol aça biləcəyindən bəhs edildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) ixtisaslaşmış müşaviri Lamiyə Zeynalova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Sabunçu qəsəbəsinin tam orta məktəblərinin direktorları, müəllimlər, məktəblilər və valideynlər iştirak edirdilər. Tədbirin sonunda kompazisiyanın baş rol ifaçısı VII "ç" sinif şagirdi Qumru Məmmədli “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihədə fəal iştirak etdiyinə görə Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olundu.

https://youtu.be/o7k-LjOKzQk

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi