Məktəbi zirvələrə qaldıran növbəti qələbə

   Bir neçə gün öncə səhifəmizdə yayımlanan xəbərdə qeyd etdiyimiz kimi 16 oktyabr tarixində Azərbaycan Valideyn–Müəllim Assosiasiyası” İctimai Birliyinin "Valideynləri tanıyaq, müəllimlərə dəyər verək, uşaqlara dəstək olaq” adlı 2018-2019-cu tədris ili üzrə fəalların qiymətləndirməsi toplantısı keçirilmişdir.
67 nömrəli məktəbin kollektivi üçün sevindirici haldır ki, həmin toplantıda məktəbin müdüriyyəti, müəllim, şagird və valideyn heyətinin nümayəndələri, VMA nümayəndələri müxtəlif naminasiyalar üzrə diplom, medal və fəxri fərmanla təltif olunmuşlar. Bu münasibətlə məktəbdə qaliblərin təqdimatı keçirilmiş və qələbə sevinci valideynlərlə, şagird və müəllim heyəti ilə bölüşdürülmüşdür.
Xatırladaq ki, AVMA İB Seçim və Qiymətləndirmə komissiyasının 700 balla dəyərləndirilən qərarına əsasən 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova AVMA İB Medalı ilə təltif olunmuşdur. 67 nömrəli məktəbdə fəaliyyət göstərən VMA 1 nömrəli filialın rəhbəri Naibə Əhmədova AVMA İB Təşkilati məsələlər üzrə müavini vəzifəsinə təyin olunmuş və fəaliyyətində fərqləndiyinə görə diplomla təltif olunmuşdur. İctimai işlərdə fəallığına görə məktəbin ibtidai sinif müəllimi İlhamə Rzayeva, valideyn Elvina Əzimova, şagird Lalə Talışlı və məktəbin VMA nümayəndəsi Pərvanə Əsədova diplomla təltif edilmişlər.
Əməyə verilən belə yüksək dəyərə görə AVMA İB-nin İcraçı direktoru Şahin Rəcəbov və bütün əməyi keçənlərə təşəkkür edir, məktəbimizi uğurla təmsil etdiklərinə görə qalibləri təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi