Əməyə verilən dəyərin təzahürü

  Beynəlxalq Mətbuat Mərkəzinin böyük teatral zalında Azərbaycan Valideyn–Müəllim Assosiasiyası” İctimai Birliyinin "Valideynləri tanıyaq, müəllimlərə dəyər verək, uşaqlara dəstək olaq”- adlı 2018-2019-cu tədris ili üzrə fəalların qiymətləndirməsi toplantısı keçirildi.
AVMA İB Seçim və Qiymətləndirmə komissiyasının 700 balla dəyərləndirilən qərarına əsasən 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova AVMA İB Medalı ilə təltif olundu. 67 nömrəli məktəbdə fəaliyyət göstərən VMA 1 nömrəli filialın rəhbəri Naibə Əhmədova AVMA İB Təşkilati məsələlər üzrə müavini vəzifəsinə təyin olundu və fəaliyyətində fərqləndiyinə görə diplomla təltif olundu. İctimai işlərdə fəallığına görə məktəbin ibtidai sinif müəllimi İlhamə Rzayeva, valideyn Elvina Əzimova, şagird Lalə Talışlı və məktəbin VMA nümayəndəsi Pərvanə Əsədova diplomla təltif olundular.
Məktəbimizi belə uğurla təmsil etdiklərinə görə hər birini təbrik edir və daima işlərində müvəffəqiyyətlər arzu edirik.

 

https://youtu.be/EkNjQmY0zPs

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi