67 nömrəli məktəb zirvələrə doğru

   16 oktyabr 2019-cu il saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük teatral zalında Azərbaycan Valideyn–Müəllim Assosiasiyası” İctimai Birliyinin "Valideynləri tanıyaq, müəllimlərə dəyər verək, uşaqlara dəstək olaq”-adlı 2018-2019-cu tədris ili üzrə fəalların qiymətləndirməsi toplantısı keçirilmişdir.
Toplantıda təhsil ictimaiyyətinin bütün nümayəndələri-Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şurasının üzvləri, təhsil ekspertləri-professor Şahlar Əsgərov, Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə, təhsil eksperti Nadir İsrafilov, təhsil eksperti Etibar Əliyev, İlqar Orucov, təhsil eksperti, AVMA İB müşaviri Nisə Cəlilzadə, təhsil eksperti Məlahət Mürşüdlü, təhsil mütəxəssi Elşən Qafarov, 67 saylı məktəbin direktoru İradə Bayramova, Pişəvəri adına HTG Direktoru İlqar Talıbov, məktəb direktorları, muəllimlər, şagirdlər, təhsil müəssisə rəhbərləri, Bkı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Şəbnəm Əlicanzadə, AVMA İB Seçim və Qiymətləndirmə komissiyasının sədri Sitarə Məmmədova, təhsil veteranı Məhəmməd Bayramov, müvafiq dövlət orqanlarının və medianın - Mətbuat Şurasının üzvü, "İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov, AzərTac Dövlət İnformasiya Agentliyi, AzərPress İnformasiya Agentliyi, resmixeber.az saytının baş redaktoru Rəsmiyyə Aydınqızı, mektebgushesi.az saytının baş redaktoru Məzahir Məmmədov, Böyükağa Mikayllı, AVMA incəsənət departamentinin rəhbəri Xanım Quliyeva, ölkənin tanınmış ziyalıları, təhsil fədailəri iştirak etmişdir.
Dövlət Himninin səslənməsi ilə başlanan toplantıda "Təhsil ugurları” adlı videorolik nümayiş etdririldi. Azərbaycan Respublikasının Dövlət Bayrağı və AVMA İB–nın yeni təsis etdiyi bayraq zala gətirildi. Tədbir iştirakçılarını şagirdlər salamladı.
AVMA İB-nın İcraçı direktoru Şahin Rəcəbov VMA-nın məram və fəaliyyəti barədə geniş məlumat verərək onun son dövrdəki nailiyyətlərindən danışdı. O bildirdi ki, artıq əminliklə demək olar ki, VMA ictimaiyyətin ayrılmaz, tərkib hissəsinə, ölkənin qabaqcıl, universal, çoxfunksiyalı təhsil və ictimai nəzarət platformasına çevrilmişdir.
VMA-nın məqsədi valideyn-müəllim-şagird birliyinə, məktəb-ailə qarşılıqlı əməkdaşlığına nail olmaq, məktəbdə uşaqlar üçün yararlı, sağlam və təhlükəsiz təhsil mühitini formalaşdırmaq, uşaqların səmərəli asudə vaxtını təmin etmək, məktəbə hərtərəfli dəstək olmaq, təhsilimizn inkişafına xidmət etməkdir. Bu gün VMA uşaqların təhlükəsizliyini qorumaq üçün onların mühafizəsini, uşaqların saglamlığını, asudə vaxtının təşkilini, vətənpərvəlik istiqamətində tərbiyəsini, istedadlı uşaqların üzə çıxarılmasını, onlara təqaüdlərin ayrılmasını, imkansız ailələrə xeyriyyə dəstəyinin verilməsini, valideyn və müəllimlərin maarifləndirilməsi, təlimləndirilməsi və stimullaşdırılmasını, vətəndaşları əməkdaş kimi cəb edərək məşğuliyyətinin qismən ödənilməsini öz üzərinə götürmüş, bir çox layihə və proqramlar həyata keçirmişdir. Müharibə şəraitində VMA hərbi hissələrə də vaxtaşırı baş çəkir, əsgərlərimizi tək qoymur, onları mənən ruhlandırır. Bu gün VMA beynəlxalq müstəvidə də, istedadlı uşaqlarımıza dəstək olur, beynəlxalq müsabiqə qaliblərini formalaşdırır. VMA son bir ildə keçirdiyi maraqlı tədbir layihələrlə, "Məktəb ailəsi düşərgəsi” ni qurmaqla ölkədə asudə uşaqların asudə vaxtının təşkili istiqamətindəki boşluğu aradan qaldırmış, təhsil iştirakçılarını, ekspertləri və media nümayəndələrini bir araya gətirərək, kollektivçilik və birgə əməkdaşlıq, düşərgə mədəniyyəti ənənələrini, icma fəaliyyətini bərpa etmidir.
Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi ənənəvi olaraq hər ildə olduğu kimi ötən dövr fəaliyyətinə də qiymət verir, fəallarını dəyərləndirir.
Gördüyünüz kimi bu gün AVMA-nın yeni təsis etdiyi bayrağı da təqdim olundu, artıni yenilənmiş saytı da fəaliyyətdədir.
AVMA İB Seçim və Qiymətləndirmə komissiyasının 700 balla dəyərləndirilən qərarına əsasən VMA medalına layiq görülmüş aşağıdakı şəxslər AVMA İB Medalı ilə təltif olundu, onlara və medalçı Xanım Quliyevaya medalların vəsiqələri təqdim olundu.

1. İradə Bayramova 67 saylı məktəbin direktoru

2. Nailə Qurbanova Pişəvəri adına Respublika Humanitar əmayüllü Gimnaziyanın VMA rəhbəri

3. Ulduz Novruzova Kimya Biologiya Təmayüllü Respublika Liseyinin VMA rəhbəri

AVMA İB-nın rəhbər Heyətinin-AVMA İB Ekspertlər Şurasının və AVMA İB Ağsaqqallar Şurasının rəhbərliyi, icraçı direktorun müavinləri, digər strukturların rəhbərlərinin ictimaiyyətə təqdimatı oldu.

1. AVMA İB Ekspetlər Şurasının sədri

Nadir Xudaverdi oğlu İsrafilov-təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şura üzvü

2. AVMA İB Agsaqqallar Şurasının sədri

Məhəmməd İbrahim oğlu Bayramov–təhsil veteranı

3. AVMA İB İcraçı direktorunun müşaviri

Nisə Xəlil qızı Cəlilzadə, təhsil eksperti

AVMA İB müavinlərinin vəsiqələrinin təqdimatı oldu

4. AVMA İB Daxili nəzarət və Monitorinq məsələləri üzrə müavin–Rəşad Hacıbəy oğlu İbrahimov

5. AVMA İB Təşkilati məsələlər üzrə müavini–Naibə Dursunovna Əhmədova

6. AVMA İB Humanitar məsələlər üzrə müavini–Nailə Qəhrəman qızı Qurbanova

7. AVMA İB Elm və İnnovasiyalar üzrə müavini–İlqar Nəcibəddin oğlu Orucov

8. AVMA İB Beynəlxalq əlaqələr üzrə müavini–Camal Tofiq oğlu Şərifov

9. AVMA İB Maliyyə məsələləri üzrə müavini–Ziyafət Kamil qızı Hacıyeva

10. AVMA NTK sədri–Mübariz Kamran oğlu Kərimov

11. AVMA İB Seçim və Qiymətləndirmə Komissiyasının sədri–Sitarə Müzəffər qızı Məmmədova

12. AVMA İB Valideyn Fokus Qrupunun sədri–Aybəniz Ata qızı Mahmudova

İctimaiyyət, təhsil və media nümayəndələrini təmsil edən aşağıdakı şəxslərə Fəxri Diplomlar təqdim olundu.

Təhsil üzrə

1. Şahlar Əsgərov Təhsil eksperti, professor

2. Hikmət Əlizadə Təhsil Şurası İB sədri, professor

3. Etibar Əliyev Təhsil eksperti

4. Kamran Əsədov Təhsil eksperti

5. Elşən Qafarov Təhsil mütəxəssisi

6. Aslan İbrahimov Lənkəran RTŞ müdiri

Elektron media və sosial şəbəkələr üzrə

7. Şəmsəddin Əliyev MŞ icraçı katibi

8. Vüqar Rəhimzadə MŞ üzvü "2 sahil" qəzetinin baş redaktoru

9. Sənan Nəcəfov qhtxeber.az saytıın baş redaktoru

10. Böyükağa Mikayıllı təhsil saytı

11. Rəsmiyyə Aydınqızı resmixeber.az saytı baş redaktor

12. Cəsarət Hüseynzadə QHT TV

13. Leyla Həsənova sosial şəbəkələr vətənpərvərlik

Daha sonra təhsil üçbucağı sayılan aşağıdakı fəqlənən valideynlər, müəllimlər və şagirdlər, habelə VMA əməkdaşları səhnəyə dəvət olundu, ekspertlər onlara ödüllərini təqdim etdilər.

Müəllimlər:

1. İlhamə Sərhəng qızı Rzayeva 67 saylı məktəb

2. Leyla Knyaz qızı Abbasova Pişəvəri adına RHTG

3. Həsən Səməd oğlu Osmanov Pişəvəri adına RHTG

4. Ceyran Xasay qızı Həsənova Pişəvəri adına RHTG

5. Şəhla Hikmət qızı Mir Bağırova Pişəvəri adına RHTG

6. Türkanə Xəlilova "Zəngi" Liseyi

7. Kamilə Soltan qızı Abdullayeva 22,26 musiqi məktəbləri

Şagirdlər

1. Lalə Talışlı 67 sayı məktəb

3. Duygu Aslan qızı Səmədzadə Pişəvəri RHGT

4. Tağı Sahib oğlu Nağıyev Pişəvəri RTHG

2. Leyla Məhi qızı Tagıyeva Pişəvəri RTHG

5. Kənan Bəşirli Özfəaliyyət

6. Nuray Rüfət qızı Rüstəmova "Zəngi" Liseyi

Valideynlər

1. Elvina Raisovna Əzimova 67 sayı məktəb

2. Pərvin Fazil qızı Əliyeva Pişəvəri RHGT

3. Mehriban Qurbanova 245 saylı məktəb

4. Məmmədova Bahar Ağəli qızı 37 saylı məktəb

VMA

1. Pərvanə Əsədova mühasib 67 saylı məktəb

2. Fatimə Məmmədova mühasib "Zəngi"liseyi

3. Hicran Həsənova mühasib Pişəvəri RHGT

4. Aytən Əşrəfova 59 saylı məktəbin VMA rəhbəri

5. Elvira Hüseynova 100 saylı məktəbin VMA rəhbəri

6. Gülnarə Aslanova 100 saylı məktəbin VMA mühasibi

Toplantının sonunda uşaqların - Əli Axundzadə və Kənan Bəşirlinin ifasında kompozisiyasiyanümayiş etdirildi. Təbirin sonunda ifaçılar Qarabağ sikəstəsini ifa etdilər.
Beləliklə təhsil ictimaiyyətinin dəyərləndirilməsinə xidmət edən möhtəşən tədbir öz işini başa vurdu.

 

https://youtu.be/0pT_YopWZYM

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi