Müstəqil Azərbaycan, demokratik ölkə, azad vətəndaşlar

  67 nömrəli tam orta məktəbdə 18 Oktyabr Dövlət Müstəqilliyi Günü qeyd olundu.
Məktəbin Azərbaycan dili müəllimi Tamilə Calalzadənin və Kiçik Akademiyanın üzvlərinin birgə təşkilatçılığı ilə 18 oktyabr tarixində V-VII sinif şagirdlərinin iştirakı ilə möhtəşəm tədbir keçirildi. Tədbirdə vətənpərvərlik ruhu aşılayan şeir və mahnılar səsləndirildi, rəqs ifa olundu və videoçarxlar nümayiş etdirildi. Tədbir boyunca müstəqilliyimizin banisi Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi və onun uğurlu siyasətinin nəticəsində hal-hazırda bu günü bayram əhval-ruhiyyəsi ilə qeyd edə bildiyimiz vurğulandı.
Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və sarsılmazdır.
Bayramınız mübarək, əziz həmvətənlər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi