Şagirdlər Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər

  16 oktyabr tarixində 67 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Zeynəb Xankişiyevanın təşkilatçılığı ilə III "a" sinfi, bir qrup valideyn heyəti və məktəbin direktor müavini Səbahət Ağayeva ilə birlikdə Fəxri Xiyabanı ziyarət etdilər.
Ziyarət zamanı şagirdlər 18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Gününü xatırlayaraq müstəqilliyimizin banisi, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, milli dövlətçilik ənənələrinin qorunub saxlanılması istiqamətində atdığı addımlar xalqımızın həyatında mühüm tarixi əhəmiyyət daşıyır.
Ziyarətin sonunda şagirdlər Ulu öndərin məzarı önünə gül dəstələri düzdülər, hörmət və ehtiram əlaməti olaraq qarşısında baş əydilər.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son illər daha da qüdrətlənərək dünya miqyasında öz layiqli yerini möhkəmləndirmişdir. Bundan sonra da müstəqilliyimizin daimi olacağına inanaraq xalqımızı 18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi