Məktəblilər Fəxri Xiyabanı ziyarət etdilər

   16 oktyabr tarixində 67 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Zeynəb Xankişiyevanın təşkilatçılığı ilə III "a" sinfi, bir qrup valideyn heyəti və məktəbin direktor müavini Səbahət Ağayeva ilə birlikdə Fəxri Xiyabanı ziyarət etdilər.

Ziyarət əsnasında şagirdlərlə Azərbaycanın görkəmli şəxsiyyətləri barədə söhbət aparıldı, Fəxri Xiyabanda dəfn olunan ziyalılar, sənətkarlar və xalqımıza böyük xidmətlər göstərmiş şəxsiyyətlər barədə məlumatlar verildi. Şagirdlər Fəxri Xiyabanda dəfn olunan Azərbaycanın görkəmli elm xadimlərinin məzarını ziyarət edərkən böyük həvəslə ölməz şair Bəxtiyar Vahabzadənin, Səməd Vurğunun, Zəlimxan Yaqubun, Qabil müəllimin şeirlərini söyləyərək onların xatirəsini yad etdilər. Onlar həmçinin unudulmaz sənətkar Habil Əliyevin məzarını da ziyarət etdilər.

Balacalar sinif rəhbəri Zeynəb Xankişiyevanın geniş təqdimatı vasitəsilə şeirlərini sevə-sevə söylədikləri şairlərin həyat və yaradıcılığı haqqında bir çox məlumatlar əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi