Yaşıl Asan əməkdaşları məktəbdə

  67 nömrəli tam orta məktəbdə "Yaşıl Təfəkkür" layihəsinin iştirakçılarının şagirdlərlə görüşü həyata keçirildi. V "e" sinif şagirdləri ilə keçirilən görüşdə "Təbiətin mühafizəsi ilə dünyanı qoru” adlı maarifləndirici təqdimat keçirildi. Şagirdlərə ekologiyanı pozan amillər, ekologiyanın pozulmasının qarşısının alınma üsulları, sahibsiz heyvanların mühafizə olunması və s. mövzularda məlumat verildi və müsabiqə elan olundu. Müsabiqənin şərtlərinə əsasən mövzuya uyğun hazırlanan əl işləri dəyərıəndiriləcək və ən yaxşı əl işləri diplomla təltif olunacaq. Layihəyə V-VIII sinif şagirdlərinin cəlb olunması nəzərdə tutulur.
Qeyd edək ki, ASAN Könüllülük Məktəbinin "Yaşıl ASAN" proqramının təşkilatçılığı və Məktəblinin Dostu layihəsinin dəstəyi ilə "Yaşıl Təfəkkür" II layihəsi həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi