Məktəb kollektivi Müəllimlər Gününü qeyd etdi

   67 nömrəli məktəbin kollektivi 5 Oktyabr Müəllimlər Gününü qeyd etdi. Tədbirdə müxtəlif çıxışlar, ifalar səsləndi, viktorinalar keçirildi. Böyük marağa səbəb olan yarışlarda iştirakçılardan həm məntiqi təfəkkür, həm sürətli cavab, həm də güclü yaddaş tələb olunurdu. Məntiqi suallardan, köhnə Azərbaycan filmlərindən, xalq mahnılarından və s. hazırlanan viktorinalar olduqca həyəcanlı və əyləncəli keçdi.
Müəllim adını doğruldan, bu adı uca tutan və qoruyan bütün müəllimlərin bayramını təbrik edir, təhsilimizin inkişafına böyük töhfələr vermələrini arzu edirik.

 

https://youtu.be/UDHVOrsUl2E

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi