Balaca ürəklərdə böyük sevgi

   67 nömrəli tam orta məktəbin VI "a" sinif şagirdləri 4 Oktyabr Müəllimlər Günündə onlara ibtidai sinifdən indiyə qədər dərs keçən bütün müəllimlərin bayramını hazırladıqları sürprizlə təbrik etdilər. VI "a" sinif şagirdi Mədinə Muradovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin direktor müavinləri Səbahət Ağayeva və Məleykə Muradova, sinif rəhbəri Ülviyyə Qarayeva, ibtidai sinif müəllimi Gilas Mehdizadə və müsiqi müəllimi Sevil Ağamalıyeva qonaq qismində iştirak etdilər. Tədbir zamanı müəllimlərə həsr olunmuş şeir,mahnı, səhnəcik, rəqs və çıxışlar qonaqları valeh etdi.
Müəllim üçün ən böyük mükafat şagirdləri tərəfindən sevgi ilə xatırlanmaqdır. Balaca ürəklərində böyük sevgi daşıyan VI "a" sinif şagirdlərinə belə möhtəşəm tədbir hazırladıqları üçün təşəkkür edir, bütün müəllimlərin bayramını təbrik edirik.

 

https://youtu.be/UDHVOrsUl2E

https://youtu.be/A7RF8-QHoYw

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi