67 nömrəli məktəbin Milli Qəhrəman Nofəl Quliyev adına IX "ə" sinfinin Şirvan şəhərinə ziyarəti

  67 nömrəli tam orta məktəbdə keçən ildən start verilən "Nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması" layihəsi davam edir. Məktəbin IX "ə" sinfi adını daşıdıqları Milli Qəhrəman Nofəl Quliyevin xatirəsini yad etmək məqsədi ilə onun doğum günündə məzarını və adını daşıyan orta məktəbi ziyarət etmək üçün keçmiş Əli Bayramlı, indiki Şirvan şəhərinə yola düşdülər. IX "ə" sinif şagirdləri, məktəbin direktor müavinləri Məleykə Muradova və Gülnarə Bağırova, VMA sədri Naibə Əhmədova, VMA-nın mühasibi Pərvanə Əsədova, hərbi rəhbər Oktay Əhmədov və bir qrup valideyn heyəti bu ziyarətdə iştirak edirlər. Ziyarətdə məktəb kollektivi ilə yanaşı, Nofəl Quliyevlə bir cəbhədə çiyin-çiyinə döyüşən keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin nümayəndələri, qəhrəmanın həyat yoldaşı Firavan xanım, Paralimpiya Komitəsinin baş məşqçisi, Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin sədri İlham Məhərrəmov, AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, dossent İlhamə Qəsəbova, Qarabağ veteranı, polis mayoru, Azərbaycanda komandir müavini vəzifəsində çalışan ilk qadın olan Aidə Şirinova iştirak etdilər. Ziyarətçilər ilk öncə Şirvan şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət etdilər. Daha sonra Nofəl Quliyevin adını daşıyan Şirvan şəhəri 9 nömrəli orta məktəbdə qonaq oldular və şəhidin orada ucaldılmış büstünü ziyarət etdilər. Məktəb kollektivi tərəfindən hazırlanan tədbiri izlədikdən sonra Nofəl Quliyevin həyat yoldaşı Firavan xanım qonaqları qəhrəmanın ruhunu şad etmək məqsədi ilə hazırladığı ehsan süfrəsinə dəvət etdi.

Allah bütün Şəhidlərə rəhmət eləsin. Amin!

 

https://www.facebook.com/pg/67SayliOrtaMekteb/photos/?tab=album&album_id=2243548425768504&__xts__%5B0%5D=68.ARAkHlfR0W_IT0f3hwlZiMsknJcIQx6iz7p8aSNt3DECkIbzsGrRL7xVG3Lxz3ctAnHMp3FWz3LEL_Mkpx0uG1EbIu8DDOfu5k486PqhSp2tvusa6X4pYZDyNfQLuf7cHG5f-O_QsfbPiILAQ8wdpGyuSfXT0I9DzXY7Eq94w2SYqGluavhHvcl3bpVzrN2obNTfCEHxp9V9-K-qlGv2Fzfch3p-84JV7MPcu9hbeXjDcqYx-TQdoNdyw4XW6o6GKSgNf7jFd-vj52IQXxtAbkRxJbMHR5x6b9-nr6o_VZs7q5jTXczCLIWyy6qlvJwGYa-XZVn-bLq1t-jz_n3vQrsZMkxJY-vxVX9shsdM5ti9gdi4zaiCJJf4baMBz60cWg3Hpcu5u99iML0ZElg5u7EwycTdebMnH3HqLP4c0_jlAnCOANclEl95wqgTtZFV1u9SJrXyo55CvY5pKBXz&__tn__=-UC-R

 

https://youtu.be/JaeIUz_zncg

https://youtu.be/BNXw0chyhJ4

https://youtu.be/D7F0mlPYfTA

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM