Məktəbəhazırlıq qruplarının məşğələlərinə start verildi

   1 oktyabr tarixindən etibarən dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir.
67 nömrəli tam orta məktəbdə biri rus, yeddisi Azərbaycan bölməsi olmaqla 8 sinif açılıb.
İlk gündən balacaların məktəbə adaptasiya olması bir qədər çətin olsa da, qısa müddət sonra həm məktəbi, həm müəllimlərini, həm də sinif yoldaşlarını sevəcəklərinə inanırıq.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.
Bütün məktəbəhazırlıq qruplarında təhsil almağa başlayan körpələri təbrik edir, onlara yenicə qədəm qoyduqları məktəb həyatında uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi