Biz erkən nikaha yox deyirik

   28 sentyabr tarixində 67 nömrəli tam orta məktəbdə direktor müavini Məleykə Muradovanın təşkilatçılığı ilə gender zorakılığına, erkən yaşda ailə qurmağa məcbur edilən qızların valideynləri tərəfindən biganə yanaşılan taleyinə həsr olunmuş "Biz erkən nikaha yox deyirik!" adlı tədbir keçirildi. Tədbir zamanı izləyicilər duyğulu anlar yaşadılar. Belə ki, ssenari üzrə valideynləri tərəfindən zorla erkən yaşdan ailə qurmağa məcbur edilən, yaşıdları hələ gəlincik oynatdıqları halda, sinif yoldaşları məktəbə gedib təhsil aldıqları halda, bütün bunlardan məhrum edilib gəlin köçməyə məcbur edilən kiçik qızcığazın taleyi, onun puç olan xəyalları, xəyallarının arxasınca gedə bilsəydi taleyinin hansı istiqamətdə dəyişə biləcəyi və s. canlandırıldı.
Tədbirdə qonaq qismində məktəbin direktoru İradə Bayramova, direktor müavini Ceyran Məmmədova, məktəbin psixoloqu, "Məktəblinin dostu" komandasının nümayəndəsi, valideyn və müəllimlər, eləcə də yeniyetmə yaşına çatmış azyaşlı qızlar iştirak etdilər.
Tədbir əsnasında maarifləndirici videoçarxlar, nümunəvi çıxışlar, duyğulu kompazisiya nümayiş etdirildi. Sonda qonaqların fikirləri dinlənildi və iştirakçıların ifasında tədbirin əsasını təşkil edən "Biz erkən nikaha yox deyirik! Çünki cəhalətin qurbanı olmaq istəmirik" şüarı səsləndi.
Tədbirin təşkilatçısı Məleykə Muradova təəssüf hissi ilə qeyd etdi ki, mədəni inkişafdan geridə qalan, cəhalətin caynağından hələ də qurtula bilməyən bəzi ailələrdə erkən nikahlara yol verilməkdədir. Onun sözlərinə görə cəhalət əslində öldürücü silah qədər təhlükəlidir. Məhz buna görə də qız uşaqlarının təhsil alması, cahilliyin məhvedici təsirindən qorunması olduqca önəmlidir. Çünki onlar gələcəyin analarıdır. Gələcək nəsilləri yetişdirən, onlara tərbiyə verən məhz indi bizim yetişdirdiyimiz qızlar olacaq. Cahil cəmiyyətdən qurtulmaq və savadlı, bilikli cəmiyyətdə yaşamaq üçün qızlarımızın təhsil almasına imkan yaratmalı, onların vaxtından tez ailə qurmağa vadar edilməsinin qarşısını almalıyıq.

https://youtu.be/k4TR_pOrk70

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi