I sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi

   67 nömrəli tam orta məktəbdə I sinif şagirdlərinin valideynləri ilə iclas keçirildi. İclasda məktəbin direktoru İradə Bayramova, direktor müavini Səbahət Ağayeva və AVMA-nın Sabunçu rayon 1 nömrəli filialının rəhbəri Naibə Əhmədova iştirak etdilər. İclas əsnasında valideynlər məktəbin qaydaları, VMA-nın funksiyaları və məktəbdə yeni fəaliyyət göstərməyə başlayan "Məktəblinin dostu" layihəsinin icraçıları ilə tanış oldular. İclas zamanı valideynlərin fikir və təklifləri dinlənildi və onlara məktəb rəhbərliyi tərəfindən lazımi təlimatlar verildi.
Bütün birinci sinif şagirdlərinə yeni tədris ilində uğurlar diləyir, yeni qədəm qoyduqları məktəbi müvəffəqiyyətlə bitirməyi arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi