21 Sentyabr-Sülh günü bütün dünya ölkələrində qeyd olunur

   67 nömrəli tam orta məktəbdə direktor İradə Bayramova, direktor müavini Məleykə Muradova və musiqi müəllimi Sevil Ağamalıyevanın təşkilatçılığı ilə "Sülh günü" qeyd olundu. Tədbirdə müəllim və şagirdlərlə yanaşı, məktəblinin dostları da iştirak etdilər.
Tədbirin açıq havada geniş miqyasda keçirilməsi nəzərdə tutulsa da, hava şəraitinin qəfil pisləşməsi səbəbi ilə məktəb daxilində keçirildi. Tədbirdən sonra V-VI sinif şagirdləri tərəfindən hazırlanmış mövzuya uyğun əl işlərindən ibarət sərgi nümayiş etdirildi.
Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib və elə həmin ildən də sentyabrın hər üçüncü çərşənbə axşamı qeyd edilib. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif edilən qətnaməyə əsasən məhz sentyabr ayının 21-i Sülh günü, ümumdünya atəşkəs günü kimi təqdim olunur.
Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub. Uzun illər boyu öz qoynunda bütün millətlərə yuva açıb və sülh içində yaşayıb. Xəyanətkarların hücumuna məruz qalsa da ölkəmiz hər zaman sülh tərəfdarı olduğunu dəfələrlə sübut edib.
Vətənpərvər ruhda böyüyən uşaqlarımızın "Yalnız bir gün deyil, hər gün sülh günü olmalıdır" devizi ilə yetişəcəyinə və böyük çətinliklər aşaraq qurulan dövlətimizin birliyinin heç bir yad qüvvələr tərəfindən pozulmasına imkan verməyəcəyinə inanaraq hər kəsi "Sülh günü" münasibəti ilə təbrik edirik.

 

https://youtu.be/RMnUfjpZQyU

https://youtu.be/0HeC3Q2t7rA

https://youtu.be/V2QAazO1mtM

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi